Telefon
WhatsApp
ABŞ-dan erməni diasporuna zərbə: Qondarma soyqırım.
300 X 250 Reklam Alanı

ABŞ dünyanın super gücüdür. ABŞ-ın vitse-prezidenti isə bu sistemin ikinci adamıdır. Amma fakt budur ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens X sosial şəbəkəsində paylaşdığı statusu silmək məcburiyyətində qaldı. Paylaşımda “erməni soyqırımı” ifadəsi iki dəfə yer alırdı. Post bir neçə saat açıq qaldı və daha sonra səssizcə silindi. Ardınca vitse-prezidentin mətbuat katibi Teylor Van Kirk Tsitsernakaberd memorialına səfərlə bağlı sadəcə məlumat xarakterli yeni paylaşım etdi. Diqqətçəkən detal isə budur ki, yeni mətndə “erməni soyqırımı” ifadəsi artıq yoxdur.

Bu sözləri Sürixdə yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

“Bu nə deməkdir? Bu, texniki düzəliş deyil. Bu, siyasi korrektədir. Və bu korrektə Türkiyə və Azərbaycanın koordinasiyalı reaksiyası nəticəsində baş verib.

İllərlə bizə belə bir mif sırınıb ki, ABŞ istədiyini deyir və kiçik dövlətlər buna təsir edə bilməz. Bu hadisə həmin mifin praktik iflasıdır.

Əgər ABŞ-ın vitse-prezidenti paylaşımını silirsə, deməli mövzu diplomatik risk yaradıb, Ankara və Bakı xətti Vaşinqtonda ciddiyə alınıb və “erməni soyqırımı” termini artıq avtomatik istifadə olunan ifadə deyil.

Burada daha vacib məqam var. ABŞ bu termini silməklə erməni iddiasını rəsmən geri götürmür. Amma onu siyasi balans predmetinə çevirir. Yəni bundan sonra bu ifadə: emosional jest deyil, hüquqi fakt deyil, geosiyasi qiyməti olan riskli sözdür.

Bu isə erməni diasporu üçün pis xəbərdir.

Çünki onların istədiyi “qırmızı xətt” statusu yumşalır.

Nəticə sadədir: ABŞ super dövlətdir, bəli. Amma təzyiq doğru qurulanda, arqumentlər koordinasiyalı olanda, mövqe tək yox, ittifaq şəklində ifadə ediləndə, hətta ABŞ-ın ikinci şəxsi belə geri addım atır.

Bəzən bir statusun silinməsi onlarla rəsmi bəyanatdan daha çox şey deyir. Bu da həmin hallardan biridir”, - jurnalist bildirib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150