ABŞ DÇ-2026 zamanı PUA-lara qarşı tədbirlər üçün 250 milyon dollar ayırıb
ABŞ DÇ-2026 zamanı PUA-lara qarşı tədbirlər üçün 250 milyon dollar ayırıb
ABŞ administrasiyası 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı zamanı pilotsuz uçuş aparatlarına (PUA) qarşı tədbirlərin gücləndirilməsi məqsədilə 11 ştata 250 milyon dollar ayırıb.
Bu barədə Federal Emergency Management Agency (FEMA) tərəfindən yayımlanan açıqlamada deyilir.
Məlumata görə, vəsait çempionat oyunlarının keçiriləcəyi 11 ştata və ABŞ-ın paytaxt regionuna qrantlar şəklində ayrılıb. Qeyd olunub ki, bu maliyyə resursları PUA-ların aşkarlanması, identifikasiyası, izlənməsi və onlara qarşı mübarizə imkanlarının inkişafı üçün istifadə edilə bilər.
Agentlik nümayəndələri vurğulayıblar ki, son illərdə cinayətkarlar, terror qrupları və düşmən mövqedə olan xarici subyektlər PUA-lardan daha fəal şəkildə istifadə etməyə başlayıblar.
Qeyd edək ki, 2026 FIFA World Cup ABŞ, Kanada və Meksikada birgə keçiriləcək.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək