ABŞ Dövlət Departamenti Ər-Riyad üçün pilot təliminə və helikopter xidmətlərinə icazə verib
ABŞ Dövlət Departamenti Ər-Riyad üçün pilot təliminə və helikopter xidmətlərinə icazə verib
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı üçün pilotların hazırlanması, helikopterlərə xidmət və digər maddi-texniki dəstək üzrə 1 milyard dollar məbləğində xidmətlərin göstərilməsinə icazə verib.
Bu barədə Pentaqonun hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah satışına məsul olan Təhlükəsizlik sahəsi üzrə Əməkdaşlıq Agentliyi bildirib.
Açıqlamaya görə, ABŞ Dövlət Departamenti krallıq üçün helikopter pilotlarının təlimi və əlaqəli avadanlıqlara 500 milyon dolların ayrılmasını təsdiqləyib. Söhbət "AH-64E Apache", "CH-47F Chinook", "UH-72A Lakota", "UH-60L Black Hawk" və "UH-60M Black Hawk" helikopterlərindən gedir. ABŞ həmçinin müxtəlif helikopter növləri üçün təxminən 500 milyon dollarlıq texniki xidmətin göstərilməsini təsdiqləyib.
Bundan əlavə, Dövlət Departamenti Bəhreynə də F-16 təyyarələri üçün 445 milyon dollarlıq texniki xidmət və avadanlıqların təchizatına icazə verib.
Vaşinqton administrasiyası artıq qərarlar barədə Konqresi məlumatlandırıb. Qanunverici orqanın potensial müqavilələri nəzərdən keçirmək və onları bloklamaq üçün 30 günü var. Pentaqon bu xidmətlərin göstərilməsinin ABŞ-nin döyüş hazırlığına zərər verməyəcəyinə zəmanət verib.







Oxşar -Yeniinfo.az
ABŞ İrana qarşı qoşun yığır: 90 qırıcı, 110 raket, sulatı qayıq
Tramp İranı hədələdi: "Vəziyyət çox ağrılı olacaq"
İranda azərbaycanlı həkim Pezeşkiana şikayətləndi: "Bizi incitməsinlər"
Çində avtomobillərin qiymətləri ilə bağlı yeni qaydalar tətbiq edildi
Tramp Ukrayna danışıqlarından imtina edə bilər - ABŞ-nin "payız imtahanı"
Tramp İranla istənilən qədər danışıqlar aparmağa hazır olduğunu deyib
Zelenski: Ukrayna pis müqaviləyə razılaşmaqdansa, mübarizəni davam etdirməyə üstünlük verir
ABŞ Senatı Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini rədd edib