ABŞ-də başında "buynuzlar" olan qəribə dovşanlar peyda olub
ABŞ-də başında "buynuzlar" olan qəribə dovşanlar peyda olub
ABŞ-nin Kolorado ştatının Fort-Kollins şəhərində yerli sakinlər başlarında qəribə "buynuzlar" olan vəhşi dovşanlar görməyə başlayıblar.
Bu barədə WFSB məlumat verib.
Sakinlərin sözlərinə görə, belə dovşanlardan birini öz həyətində iki il ərzində müşahidə edib. Bu müddətdə heyvanın üzündəki "şüaya bənzər" çıxıntılar böyüyüb, lakin dovşan ölməyib.
Kolorado Parklar və Vəhşi Təbiət Departamenti izah edib ki, bu çıxıntılar əslində dəri üzərində yaranan ziyillər və ya xoşxassəli şiş hüceyrələridir. Onlar sağalması mümkün olmayan xüsusi bir virus səbəbindən əmələ gəlir.
Mütəxəssislər bildirirlər ki, bu xəstəlik yalnız dovşanlara təsir edir və digər heyvan növləri üçün təhlükə yaratmır.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf