ABŞ-də "Range Rover" və "Range Rover Sport" modelləri geri çağırılıb
ABŞ-də "Range Rover" və "Range Rover Sport" modelləri geri çağırılıb
Asqı sistemindəki mümkün qüsur səbəbindən ABŞ-də "Range Rover" və "Range Rover Sport" modelləri geri çağırılıb.
Bu barədə ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarəsi (NHTSA) məlumat yayıb.
Geri çağırma kampaniyası 2014-cü ildən 2017-ci ilə qədər ABŞ bazarında satılan 121 509 avtomobili əhatə edir.
Bildirilir ki, iyun ayında "Range Rover" və "Range Rover Sport" avtomobillərinin asqı elementlərinin çatlamasına dair şikayətlər daxil olub, bundan sonra araşdırmalar başlanılıb.
Bu günə olan məlumata görə, "Range Rover"dən 96, "Range Rover Sport"dan isə 14 şikayət daxil olub.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf