ABŞ-də təyyarə qəzası, HƏR KƏS HƏLAK OLDU
ABŞ-də təyyarə qəzası, HƏR KƏS HƏLAK OLDU
ABŞ-nin Nyu-Meksiko ştatında yüngülmühərrikli tibbi təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.
Modern.az Yeni info.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yerli hökumət orqanlarına istinadən məlumat yayıb.
Hadisə Ruidoso şəhəri yaxınlığında baş verib.
Rəsmilərin sözlərinə görə, təyyarə yerə çırpıldıqdan sonra göyərtədə olan dörd nəfərin heç biri sağ qalmayıb. Linkoln dairəsinin rəhbəri Ceyson Berns qəzanın səbəblərinin hələlik məlum olmadığını bildirib.
Təyyarənin düşdüyü ərazidə güclü yanğın başlayıb. Yanğınsöndürmə idarəsinin məlumatına əsasən, alov təxminən iki hektar sahəni əhatə edib. Hadisə yerində xilasetmə və istintaq qrupları işləyir.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi