ABŞ-də uçan taksinin hərbi variantı sınaqdan keçirilib
ABŞ-də uçan taksinin hərbi variantı sınaqdan keçirilib
ABŞ-nin "Joby Aviation" şirkəti ilk dəfə olaraq hərbi məqsədlər üçün yenidən hazırlanmış uçan taksinin hibrid versiyasının uçuşunu həyata keçirib.
Yeni model turbin-elektrik güc qurğusunu və "SuperPilot" avtonom idarəetmə sistemini özündə birləşdirir.
Elektriklə işləyən Adi "Joby" taksilərindən fərqli olaraq, bu versiya daha ağır yüklər və uzunməsafəli uçuşlar üçün nəzərdə tutulub. Müdafiə şirkəti "L3Harris" ilə əməkdaşlıq çərçivəsində taksiyə müxtəlif sensorlar, müşahidə və rabitə sistemləri, eləcə də "hərbi tapşırıqlar üçün digər avadanlıq" quraşdırılacaq.
Şirkət ABŞ ordusunun avtonom və hibrid uçan aparatlara artan tələbatını qeyd edir. 2026-cı il büdcəsində yeni hava texnologiyalarının hazırlanmasına təxminən 9 milyard dollar ayrılıb.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?