ABŞ F-35-ların Ər-Riyada satılacağı halda texnologiyanın Çinə sızmasından ehtiyatlanır
ABŞ F-35-ların Ər-Riyada satılacağı halda texnologiyanın Çinə sızmasından ehtiyatlanır
Pentaqon hesab edir ki, F-35 qırıcı təyyarələrinin Səudiyyə Ərəbistanına mümkün satışı həssas texnologiyaların Çinə sızması riski daşıyır.
Bu barədə cümə axşamı "The New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Donald Tramp administrasiyası və Səudiyyə Ərəbistanı Vaşinqtonun Ər-Riyada 48 ədəd F-35 qırıcı təyyarəsi tədarük etməsinə icazə verən razılaşma üzərində işləyirlər. Bu arada, ABŞ Müdafiə Nazirliyi potensial texnologiya sızmalarından narahatlığını bildirib.
Pentaqonun Kəşfiyyat İdarəsi tərəfindən hazırlanan hesabatda bildirilir ki, F-35 müqaviləsi bağlansa, Çin və Səudiyyə Ərəbistanı arasında müdafiə əməkdaşlığı, eləcə də Pekinin kəşfiyyat fəaliyyətləri potensial təhlükə yaradır.
Noyabrın 18-də Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud 2018-ci ildən bəri ilk dəfə Vaşinqtona səfər edəcək və ABŞ Prezidenti Donald Trampla görüşəcək.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?