ABŞ hərbçiləri İrana qarşı müharibənin mənasını anlamır
ABŞ hərbçiləri İrana qarşı müharibənin mənasını anlamır
Amerikanın İrana qarşı hərbi əməliyyatı ABŞ rəsmilərinin ziddiyyətli izahatları və getdikcə daha aqressiv ritorika ilə müşayiət olunur, Amerika ordusu isə hələ də nə üçün mübarizə apardığını anlamır.
Bunu amerikalı yazıçı və İraq müharibəsi veteranı Fil Kley "Nyu York Tayms" qəzetində yazdığı məqaləsində deyib.
Müəllif qeyd edib ki, İraq müharibəsi zamanı çoxsaylı yanlış hesablama və siyasi səhvə baxmayaraq, əsgərlər ən azı hansı məqsədlə cəbhədə olduqlarını anlayırdılar:
"Lakin bu gün Amerika hərbçilərinin İrana qarşı əməliyyatın strateji məqsədləri barədə dəqiq anlayışı olmaya bilər. Rəsmi izahatlar Tehranın nüvə proqramını dayandırmaq zərurətindən tutmuş rejimin dəyişməsi istəyinə və ya ABŞ və müttəfiqləri üçün hipotetik təhlükənin qarşısını almağa qədər, müxtəlifdir".







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi