ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
ABŞ-ın Hörmüz boğazında dəniz blokadası tətbiq etmək cəhdi qanunsuzdur və bu cür hərəkətlər açıq şəkildə cinayət və təcavüz kateqoriyasına aiddir.
Axar.az Yeni info.az?xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Bölgədə gərginliyin artmasının qarşısını almaq və danışıqlar prosesinə şərait yaratmaq üçün atəşkəs razılaşmasına tam əməl edilməlidir. BMT Nizamnaməsinə görə, blokada yalnız bu qurum tərəfindən tətbiq edilə bilər. BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazı ilə bağlı heç bir qərar verilməyib. ABŞ-ın blokada tədbirləri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən qanunsuz hesab edilməlidir. Vaşinqton beynəlxalq hüququ öz istədiyi kimi şərh edir. Bu, yalnız gərginliyin artmasına və iqtisadi nəticələrə gətirib çıxarır. Əgər həqiqətən də İran limanlarının və sahil xəttinin silahlı qüvvələrdən istifadə etməklə blokadası varsa, bu cür hərəkətlər açıq şəkildə cinayət və təcavüzdür", - deyə o bildirib.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi