ABŞ-ın bu addımı məğlubiyyətin etirafıdır - Arakçı
ABŞ-ın bu addımı məğlubiyyətin etirafıdır - Arakçı
ABŞ ilə heç bir danışıqlar aparılmır. ABŞ müxtəlif vasitəçilərlə mesajlar göndərir. Vasitəçilər vasitəsilə mesaj mübadiləsi ABŞ-la danışıqlar demək deyil.
Bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.
“Biz müharibənin birdəfəlik dayandırılmasını və dağıntılara görə kompensasiyanın ödənilməsini tələb edirik. Onların indi danışıqlardan danışması məğlubiyyətin etirafıdır. Əvvəllər qeyd-şərtsiz təslim olmağı iddia etmirdilərmi? Bəs niyə indi yüksək vəzifəli şəxslərini danışıqlara səfərbər edirlər?", - XİN başçısı bildirib.
"Dost hesab etdiyimiz bəzi ölkələr üçün Hörmüz boğazından keçməyə icazə verdik: Çin, Rusiya, Hindistan, İraq və Pakistan. Düşmənimizin Hörmüz boğazından keçməsinə icazə vermək üçün heç bir səbəb yoxdur. Düşmən bir daha hücuma cəsarət etməməsi üçün dərs çıxarmalıdır”, - Arakçı əlavə edib.
Qeyd edək ki, ABŞ administrasiyası Yaxın Şərqdə davam edən münaqişənin həlli üçün 15 maddəlik “sülh planı” təqdim edib. İran isə Amerikanın təklifini rədd edərək Tehranın müəyyən etdiyi konkret 5 şərt irəli sürüb.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi