Telefon
WhatsApp
ABŞ-ın bu ölkələrdə hələ də səfiri yoxdur
300 X 250 Reklam Alanı

ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dövrünün 1,5 ili tamam olmasına baxmayaraq, dünyanın müxtəlif ölkələrindəki 195 səfir postundan 115-nin hələ də boş olduğu bildirilir.

Yeni info.az APA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ Xarici Xidmət Məmurları Assosiasiyasının dərc etdiyi məlumatda deyilir.

Məlumata görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, İraq, Küveyt, Rusiya və Ukrayna kimi mühüm ölkələrdə səfirlərin olmaması xüsusilə diqqət çəkir.

Tramp administrasiyası İranla davam edən gərginlik və Rusiya-Ukrayna münaqişəsi kontekstində Yaxın Şərqlə sıx diplomatik əlaqələr saxlasa da, bu ölkələrdə səfirlərin olmaması əhəmiyyətli diplomatik maneə kimi təsvir edilir.

Bundan əlavə, ABŞ-ın Afrikadakı 51 səfirliyindən 37-sində səfirlərin olmadığı qeyd edilib.

Hesabatda həmçinin vurğulanıb ki, Trampın birinci prezidentlik müddətinin təxminən eyni dövründə 188 səfir postundan 45-i boş qaldığı halda Barak Obamanın 2015-ci ildəki ikinci müddətində 187 səfir postundan 12-si boş qalıb.

Qeyd edək ki, ABŞ-da səfirlər prezident tərəfindən irəli sürülür və Senat tərəfindən təsdiqlənir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150