ABŞ-ın xəbərdarlığından sonra altı aviaşirkət Venesuelaya uçuşları ləğv edib
ABŞ-ın xəbərdarlığından sonra altı aviaşirkət Venesuelaya uçuşları ləğv edib
ABŞ aviasiya idarəsinin xəbərdarlığından sonra altı aviaşirkət Venesuelaya uçuşları ləğv edib.
Bu barədə “Agence France-Presse” Venesuela Hava Yolları Assosiasiyasının (ALAV) prezidentinə istinadən məlumat verib.
Qeyd edək ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Venesuela bölgəsində pisləşən təhlükəsizlik vəziyyəti və Venesuela və ətrafında artan hərbi fəaliyyət səbəbilə uçuşlara risklər barədə bildiriş (NOTAM) göndərib.
Bildirişin 21 noyabr 2025-ci ildən 19 fevral 2026-cı ilə qədər qüvvədə olduğu bildirilir.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?