Telefon
WhatsApp
ABŞ-İran danışıqlarının başlanma vaxtı açıqlandı
300 X 250 Reklam Alanı

ABŞ və İran rasında münaqişənin nizamlanması ilə bağlı növbəti danışıqlar raundu iyunun əvvəllərində keçirilə bilər.

Modern.az Yeni info.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, görüş Həcc mövsümü başa çatdıqdan sonraPakistanın paytaxtı İslamabad şəhərində keçirilə bilər. 2026-cı ildə əsas Həcc mərasimləri 25–29 may tarixlərinə təsadüf edir. Mənbələr həmçinin bildirirlər ki, hazırda Vaşinqton və Tehran arasında razılaşmanın yekun variantı üzərində iş aparılır.

Bundan əlavə, yaxın cümə günü Pakistan ordusunun baş qərargah rəisi Asim Munirin “yekun razılaşma variantını” təqdim etmək üçün İrana səfər edə biləcəyi qeyd olunur.

ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. Daha sonra, 7 aprel tarixində ABŞ prezidenti Donald Trump iki həftəlik qarşılıqlı atəşkəs elan edib. 11 apreldə ABŞ və İran nümayəndələri İslamabadda danışıqlar aparsalar da, uzunmüddətli nizamlanma ilə bağlı razılıq əldə olunmayıb.

21 apreldə Tramp atəşkəs rejimini uzadıb və diplomatiyaya əlavə şans vermək niyyətində olduğunu bəyan edib. Bundan sonra isə yeni danışıqlar raundu baş tutmayıb. 19 mayda o, ABŞ-nin gələn həftənin əvvəlinə qədər diplomatik səyləri davam etdirməyə hazır olduğunu və mümkün hərbi əməliyyatların bərpasını təxirə saldığını da qeyd etmişdi.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150