ABŞ İrana qarşı əməliyyatlarda MQ-9 Reaper PUA-larının 20%-ni itirib
ABŞ İrana qarşı əməliyyatlarda MQ-9 Reaper PUA-larının 20%-ni itirib
ABŞ ordusu İrana qarşı hərbi əməliyyatlar zamanı MQ-9 Reaper ağır kəşfiyyat və hücum pilotsuz uçuş aparatları (PUA) arsenalının təxminən beşdə birini itirib.
APA Yeni info.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
Məlumata görə, hərbi əməliyyatların başlamasından bəri İran Pentaqonun müharibədən əvvəlki inventarının təxminən 20%-ni təşkil edən iyirmidən çox MQ-9 Reaper PUA-sını vurub.
Hər biri 30 milyon dollara qədər olan dronlar güclü sensorlar və kameralarla təchiz olunub. Onlardan hər biri “Hellfire” raketləri və JDAM bombaları daşıya bilir.
Agentliyin məlumatına görə, ümumi ziyan 1 milyard dollara çata bilər.







Oxşar -Yeniinfo.az
Zelenski Uitkoff və Kuşnerlə telefon danışığı apardı
Hindistanda güclü yanğın: 8 nəfər öldü
Rusiya müharibənin bitmə şərtini açıqladı
ABŞ-a məxsus “Apaçi” Hörmüzdə qəzaya uğradı
Ukrayna ordusu bu körpünü yenidən vurdu
Tramp İranla razılaşmaya 37 dəfə “yaxınlaşıb”
İki həftəyə qələbə elan edəcəyik - Tramp
Ukrayna yeni mübarizə üsulu tapdı: Başqa ölkədə..