ABŞ İrana zərbələr endirdi: SEPAH üzvləri öldü
ABŞ İrana zərbələr endirdi: SEPAH üzvləri öldü
ABŞ qüvvələri İranın cənubunda bir neçə hədəfə zərbə endirib.
Axar.az Yeni info.az xəbər verir ki, bu barədə "Foks Nyus" kanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadən məlumat yayıb.
"ABŞ ordusu bu gün İran qüvvələrinin yaratdığı təhdidlərdən qüvvələrimizi qorumaq üçün ölkənin cənubunda özünümüdafiə hücumları həyata keçirib. Hədəflər arasında raket buraxılış məntəqələri və İran qayıqları da var idi", - deyə o əlavə edib.
Qeyd olunub ki, ABŞ ordusunun hücumuna məruz qalan qayıqlar mina yerləşdirməyə cəhd göstərib.
***
ABŞ hərbçilərinin İranın cənub hissəsində yerləşən bir sıra hədəflərə zərbələr endirməsi nəticəsində SEPAH üzvləri itkilər verib.
Bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, zərbələr nəticəsində 4 SEPAH üzvü həlak olub.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi