ABŞ kamikadze dronların kütləvi istehsalı üçün sınaqlara başlayıb
ABŞ kamikadze dronların kütləvi istehsalı üçün sınaqlara başlayıb
ABŞ Müdafiə Nazirliyi 25 özəl şirkət tərəfindən təqdim edilmiş kamikadze tipli pilotsuz uçuş aparatlarının prototiplərinin sınaqlarına başlayıb.
Bu barədə "Axios" portalı məlumat yayıb.
Məlumata görə, sınaqlar ABŞ-ın Corciya ştatında yerləşən Fort Benninq quru qoşunları bazasında keçirilir.
Sınaqlar martın əvvəlinədək davam edəcək. Bu müddət ərzində kiçik və nisbətən ucuz dronlar, eləcə də onların istehsalçıları ciddi yoxlamadan keçiriləcək.
Qeyd olunur ki, ABŞ Ukraynadakı müharibədən çıxarılan nəticələri nəzərə almağa çalışır.
Sınaqların yekununda qalib şirkətə prototiplərin tədarükü üçün 150 milyon dollar məbləğində sifariş veriləcək.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi