ABŞ-la İran arasında birbaşa əlaqə bərpa olunub - "Axios"
ABŞ-la İran arasında birbaşa əlaqə bərpa olunub - "Axios"
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Arakçı arasında birbaşa əlaqə kanalı yenidən bərpa olunub.
Bu barədə “Axios” Amerika rəsmisinə və məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, Arakçı Uitkoffa müharibənin dayandırılması ilə bağlı mesajlar göndərib. Amerika rəsmisinin sözlərinə görə, buna baxmayaraq, ABŞ İranla rəsmi danışıqlar aparmır.
Mənbənin məlumatına görə, Arakçı ehtimal ki, öz addımlarını İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə koordinasiya edir.
Həmçinin amerikalı rəsmi nəşrə bildirib ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşmaya açıqdır. Bu razılaşma Tehrana “dünya ilə inteqrasiya etməyə və öz neftindən pul qazanmağa” imkan verə bilər.
“Prezident hər zaman razılaşmaya açıqdır. Lakin o, zəif mövqedən danışıqlar aparmır və bu münaqişənin başlamasına səbəb olan məsələlərdən geri çəkilmir”, - rəsmi şəxs qeyd edib.
“Drop Site News” nəşrinin ranlı rəsmilərə istinadən yazdığına görə isə əslində Uitkoff tərəfindən mesajlar göndərilib, lakin Arakçı mesajları cavabsız qoyub.
Buna baxmayaraq, mənbələr neçə mesaj göndərildiyini və onların məzmununu açıqlamayıb.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi