ABŞ müharibənin dayandırılması memorandumunu pozdu - İran
ABŞ müharibənin dayandırılması memorandumunu pozdu - İran
İranın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İslam Respublikası ərazisinə endirdiyi hava zərbələrinin BMT Nizamnaməsini və Tehranla Vaşinqton arasında münaqişənin həlli ilə bağlı əldə olunmuş razılaşmaları pozduğunu bəyan edib.
Modern.az Yeni info.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib.
Bəyanatda qeyd olunub ki, bazar günü səhər saatlarında ABŞ Ordusunun həyata keçirdiyi hava hücumları qətiyyətlə pislənilir. XİN-in mövqeyinə görə, bu hücumlar BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin, həmçinin müharibənin dayandırılmasına dair Anlaşma Memorandumunun 1-ci maddəsinin açıq şəkildə pozulmasıdır və ABŞ administrasiyasının üzərinə götürdüyü öhdəliklərə məhəl qoymadığını nümayiş etdirir.
İran XİN əlavə edib ki, ölkə BMT Nizamnaməsinin dövlətlərin özünümüdafiə hüququnu təsbit edən 51-ci maddəsinə əsaslanaraq milli suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmindədir







Oxşar -Yeniinfo.az
Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna Saratovdakı NEZ-i də vurdu
Ukraynada sülhə nail olmaq üçün... - Ərdoğan
Zelenski ilk dəfə Yermolayevə sui-qəsd cəhdindən danışdı
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin üstünlüyünün olmadığını başa düşür - Zelenski