ABŞ-nin bombardmançı təyyarələri yenidən Venesuela sahillərində uçuş həyata keçirib
ABŞ-nin bombardmançı təyyarələri yenidən Venesuela sahillərində uçuş həyata keçirib
ABŞ Hərbi Hava Qüvvələrinin bir neçə "B-1B Lancer" strateji bombardmançı təyyarəsi Venesuela sahilləri yaxınlığında uçuş həyata keçirib.
Bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu, ayın ortasından bəri üçüncü belə "güc nümayişi"dir.
"Air & Space Forces" jurnalı qeyd edib ki, missiya "narkokartel"lərə və Nikolas Maduro hökumətinə qarşı "kampaniya" çərçivəsində həyata keçirilib. Bombardmançı təyyarələr Şimali Dakota ştatındakı "Grand Forks" bazasından qalxıb və açıq uçuş izləmə servislərində görünüb - əməliyyatı gizlətməyə çalışmayıblar.
Manevrlar regionda ABŞ hərbi varlığının artması ilə müşayiət olunur. Yaxın vaxtlarda "Gerald R. Ford" təyyarə gəmisi və "USS Gravely" esminesi Latın Amerikasına göndərilib, Puerto-Rikodakı hərbi hava bazalarından isə zərbə helikopterləri və "MQ-9 Reaper" pilotsuz uçuş aparatları qalxır.







Oxşar -Yeniinfo.az
Trampın planı Xəzər dənizinə görə iflasa uğradı – İnanılmaz detal
Zelenskidən İrana gözlənilməz zərbə
Rusiya Ukrayna şəhərlərini vurdu: ölü və yaralılar var
Niderland və Norveç Ukrayna ordusu üçün milyonlar ayırır
BMT İrana 12 milyon dollarlıq yardım ayırdı
Rusiya müharibədə İrana yardım edəcəkmi? - Açıqlama
Bu sursatların yenilənməsinə illər lazımdır - ABŞ
ABŞ Kubada gizli şəkildə hərbi əməliyyata hazırlaşır