ABŞ-nin dövlət katibi: "Biz hələ də Rusiya tərəfi ilə görüşmək istəyirik"
ABŞ-nin dövlət katibi: "Biz hələ də Rusiya tərəfi ilə görüşmək istəyirik"
"Vaşinqton Administrasiyası Ukraynada münaqişənin həllinə töhfə verəcəyi təqdirdə Rusiya rəsmiləri ilə görüşlərə hazırdır".
unu ABŞ-nin dövlət katibi Marko Rubio oktyabrın 22-də jurnalistlərə müsahibəsində bəyan edib.
"Biz hələ də Rusiya tərəfi ilə görüşmək istəyirik", - deyə o bildirib.
Rubio Ukrayna müharibəsinin nizamlanmasını nəzərdə tutaraq vurğulayıb:
"Xarici işlər naziri Sergey Lavrovla yaxşı telefon söhbətim olub və biz bunun əsasında işləməyə davam edəcəyik. Bir halda ki, sülhə nail olmaq imkanı var, belə əlaqələrdə həmişə maraqlı olacağıq".
Rubio Rusiyanın bir neçə gün öncə "LukoyL" və "Rosneft" şirkətlərinə qarşı ABŞ-nin tətbiq etdiyi sanksiyalardan danışarkən deyib:
"Axı Prezident Donald Tramp son bir neçə ay ərzində dəfələrlə deyib: Müəyyən bir məqamda, əgər sülh razılaşmaları istiqamətində irəliləyiş olmasa, o, nəsə etməli olacaq. Bu gün isə o, bir tədbir görməyi qərara alıb".







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...