Telefon
WhatsApp
ABŞ-nin İrana qarşı müharibədə verdiyi itkilər açıqlandı
300 X 250 Reklam Alanı

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı qırıcılar, pilotsuz uçuş aparatları, yanacaqdoldurma təyyarələri və xüsusi təyinatlı aviasiya vasitələri daxil olmaqla ümumilikdə 42 uçuş aparatı itirilib.

Oxu.Az Yeni info.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Tədqiqat Xidmətinin hesabatında məlumat verilib.

Hesabatda qeyd olunur ki, ən ciddi itkilər "MQ-9A Reaper" zərbə pilotsuz uçuş aparatlarına məxsus olub. Belə ki, bu tipdən olan 24 aparat döyüşlər zamanı məhv edilib və ya itirilib. Bildirilir ki, hər bir "MQ-9A Reaper" PUA-sının dəyəri 56 milyon dollardan artıqdır.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir ədəd "MQ-4C Triton" kəşfiyyat pilotsuz aparatı isə naməlum səbəbdən Fars körfəzində qəzaya uğrayıb.

Məlumata görə, üç ədəd "F-15E" qırıcısı dost atəşi nəticəsində vurulub, daha bir qırıcı isə İran səmasında məhv edilib. Bundan əlavə, bir ədəd "F-35A" stels qırıcısı zədələnib, həmçinin bir ədəd "A-10" hücum təyyarəsi itirilib.

Hesabatda bildirilir ki, bir ədəd "E-3 Sentry AWACS" uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi İranın endirdiyi zərbə nəticəsində yerdəcə məhv edilib.

Hərbi əməliyyatlar zamanı yeddi ədəd "KC-135" yanacaqdoldurma təyyarəsi ciddi zərər görüb. Onlardan biri qəzaya uğrayıb və nəticədə heyətin altı üzvü həlak olub.

Bundan başqa, iki ədəd "MC-130J" xüsusi təyinatlı təyyarəsinin yerdə məhv edildiyi, bir ədəd "HH-60W" helikopterinin isə atəşə tutulma nəticəsində zədələndiyi qeyd olunub.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150