ABŞ-nin NATO-dakı nümayəndəsi: Ukrayna tezliklə 2 milyard dollarlıq silah alacaq
ABŞ-nin NATO-dakı nümayəndəsi: Ukrayna tezliklə 2 milyard dollarlıq silah alacaq
Ukrayna yaxın aylarda yeni hərbi yardım öhdəliklərinin bir hissəsi olaraq təxminən 2 milyard dollarlıq silah alacaq.
Bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker "Bloomberg TV"yə müsahibədə bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar yardım öhdəliklərinin artırıldığı sistem yaradıb. "Ola bilsin, yaxın bir neçə ayda göndəriləcək 2 milyard dollar və ya daha çox pulumuz var. Bunun tezliklə baş verəcəyini gözləyirik. Dekabrın əvvəlində xarici işlər nazirlərinin görüşü keçiriləcək və çox güman ki, buna yekun vuracaq", - Uiteker bildirib.
M.Uiteker qeyd edib ki, 2026-cı ildə əsas məsələ Ukraynaya dəstəyin davamlılığı olacaq. "Əhəmiyyətli olan odur ki, Ukraynanın özünümüdafiə üçün çox ehtiyac duyduğu silahların alınması üçün lazım olan 12-15 milyard dollar məsələsi qaldırılacaq. Bunlar Amerika silahları olacaq", - o əlavə edib.







Oxşar -Yeniinfo.az
Müharibənin qaydaları dəyişir: bunu ilk Ukrayna etdi
Məkkəyə girişə məhdudiyyət qoyuldu
Hakan Fidan Lavrovla danışdı
Bu iki ölkə Ukraynaya 2 milyard və F-16 qırıcıları verəcək
Növbəti ABŞ-İran danışıqları harada keçiriləcək?
Hörmüz boğazı Çin üçün hələ də açıqdır - Jun
Lavrov və Arakçı İran-ABŞ danışıqlarını müzakirə etdi
Qərb ekspertlərindən Rusiya HHQ ilə bağlı - Xəbərdarlıq