ABŞ-nin Türkiyədəki səfiri: "S-400" məsələsi 2026-cı ildə həll ediləcək"
ABŞ-nin Türkiyədəki səfiri: "S-400" məsələsi 2026-cı ildə həll ediləcək"
"Türkiyənin Rusiyadan əldə etdiyi "S-400" hava hücumundan müdafiə sistemləri məsələsi 2026-cı ildə həll ediləcək".
Bu fikri ABŞ-nin Türkiyədəki səfiri və ABŞ Prezidentinin Suriya üzrə elçisi Tom Barrak Doha Forumu çərçivəsində "CNN Türk"ə bildirib.
"Biz Türkiyə ilə "S-400" məsələsini müzakirə edirik. Düşünürəm ki, bu məsələ gələn il həll olunacaq", - deyə diplomat bildirib. O, məsələnin həlli dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.
Xatırladaq ki, 2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollara dörd diviziya "S-400" hava hücumundan müdafiə sistemləri alıb. Müqavilə imzalandıqdan sonra Ankara ABŞ-nin yeni nəsil "F-35" qırıcı təyyarələrinin hazırlanması proqramından kənarlaşdırılıb.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək