ABŞ ordusunun ali rəhbərliyi nə üçün Kiyevə elan olunmamış səfər edib?
ABŞ ordusunun ali rəhbərliyi nə üçün Kiyevə elan olunmamış səfər edib?
ABŞ-nin hərb naziri Den Driskoll və Baş Qərargah rəisi, general Rendi Corc ABŞ-nin müharibənin başa çatması prosesini sürətləndirmək səyləri çərçivəsində Ukraynaya elan edilməmiş səfərə gəliblər.
Bu gündən etibarən onların Ukraynanın hərbi rəhbərliyi, qanunvericiləri və Prezident Volodimir Zelenski ilə görüşləri planlaşdırılıb.
Bu barədə "Politico" öz mənbələrinə istinadən yazıb.
Bildirilir ki, səfərin məqsədi Ukrayna hakimiyyətini Rusiya ilə çıxılmaz vəziyyətə düşmüş sülh danışıqlarının yoluna qoyulmasına cəlb etməkdir.
"ABŞ və Ukrayna həm də pilotsuz uçuş aparatları və avtonom sursatlar sahəsində texnologiyaların mübadiləsinə dair böyük bir sövdələşmə üzərində çalışırlar və bu səfər qismən həmin səyləri dəstəkləmək məqsədi daşıyır", - nəşr yazıb.
Driskoll və Corc döyüş əməliyyatları sahəsində Ukraynanın innovasiyalarını nümunə gətirərək bildiriblər ki, ABŞ-nin müdafiə sənayesi və Pentaqon silahların işlənib hazırlanmasında bu innovasiyaları nəzərə almalıdırlar.
"Əgər Ukraynaya baxsaq, mövcud versiya yetərli hesab olunmayıb və indi onlar Makqayver sxemindən istifadə edirlər və istədikləri nəticəni əldə etməkdən ötrü onlara nə lazımdırsa, onu da düşünüb tapırlar", - deyə Driskoll bu ay Pentaqonda jurnalistlərə bildirib.
"Bu nəticəyə çatmaq üçün heç bir qayda yoxdur və onlar sadəcə istədiklərinə nail olurlar", - deyə o, əlavə edib.
Nəşr qeyd edib ki, ilk baxışdan hərb naziri Driskollun həssas sülhməramlı missiya ilə Ukraynaya göndərilməsi qərarı qeyri-adi görünə bilər. Lakin ordu veteranı və vitse-prezident Cey Di Vensin Yel Universitetinin hüquq fakültəsindən dostu Pentaqonda görkəmli adama fiqura çevrilib və hazırda daha sanballı yer tuta bilər.
Eyni zamanda, nəşr müdafiə naziri Pit Heqsetin özünün Kiyevə heç vaxt səfər etmədiyini qeyd edib. Heqset Avropaya bir neçə dəfə səfər etməsinə baxmayaraq, Zelenski ilə görüşməyib, hərçənd ən azı bir dəfə Ukraynaya silah göndərilməsini dayandırmağa çalışıb, lakin bu qərar Ağ Ev tərəfindən ləğv edilib.
Nəşr daha sonra qeyd edib ki, son bir neçə ay ərzində ABŞ Prezidenti Donald Tramp Zelenskiyə rəğbət bəsləyib və NATO-nun Ukraynaya kömək etmək təşəbbüsünü həvəslə dəstəkləyib, halbuki onun Rusiya ilə diplomatik əlaqələr qurmaq cəhdləri Vladimir Putin tərəfindən rədd edilib.







Oxşar -Yeniinfo.az
Rubio Zelenski ilə görüşəcək
Zelenski İran Şahının oğlu ilə görüşdü
Ukrayna əhalisi ağır vəziyyətdə - Hesabat
Putin hazırda gizli səfərbərlik həyata keçirir
Putini yalnız bu ölkə dayandıra bilər - Zelenski
Donald Tramp Viktor Orbana dəstəyini ifadə etdi
İsveç Ukraynaya silah alışı üçün 100 milyon dollar verdi
Son 15 il ərzində ilk dəfə Fin körfəzi tamamilə buzla örtülə bilər - Xəbərdarlıq