ABŞ öz qoşunlarını Avropa ölkəsindən çıxarmaqdan imtina etdi
ABŞ öz qoşunlarını Avropa ölkəsindən çıxarmaqdan imtina etdi
ABŞ öz hərbi kontingentini Polşa ərazisindən çıxarmaq niyyətində olmadığına dair bu ölkəni əmin edib.
Bu barədə Polşa xarici işlər nazirinin müavini Marçin Bosatski "TVP İnfo" telekanalına verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ-dən müvafiq sənəd həm hökumətə, həm də Polşa Prezident Dəftərxanasına təqdim edilib.
Diplomat qeyd edib ki, Polşa indi Avropa və ABŞ liderləri arasında mümkün fikir ayrılıqlarının qitənin təhlükəsizliyinə təsir etməyəcəyindən əmin olmaq istəyir.
Qeyd edək ki, sentyabr ayında Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkənin öz ərazisində daha çox sayda ABŞ hərbçilərini yerləşdirməyə hazır olduğunu bildirmişdi. Hazırda Polşadakı ABŞ hərbi kontingentinin sayı 10000 nəfər civarındadır.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək