ABŞ Prezidenti: Tramp marşrutu Mərkəzi Asiya xalqlarına kömək edəcək bir yoldur
ABŞ Prezidenti: Tramp marşrutu Mərkəzi Asiya xalqlarına kömək edəcək bir yoldur
"Üç ay əvvəl mənim administrasiyam qonşu dövlətlər Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin imzalanmasına vasitəçilik edib. Bu səkkiz ayda başa vurduğumuz səkkiz müharibədən biridir".
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşdə deyib.
"Bu tarixi razılaşma yeni Tramp marşrutunun ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" - TRIPP - Qeyd) tikintisini də ehtiva edir. Onlar ona mənim adımı verdilər. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Əslində bu, böyük bir razılaşma olmaqla yanaşı, beynəlxalq sülh üçün yeni Tramp marşrutudur.
Bu, dünyanın iqtisadi cəhətdən vacib regionundan keçən və Xəzər dənizinin o biri tərəfində ticarət fəaliyyətini artıracaq və Mərkəzi Asiya xalqlarına kömək edəcək bir yoldur. Əminəm ki bu gün burada olan hər bir ölkə razılaşma ilə ortaya qoyduğumuz fürsəti qəbul edərək sülhün imkanlarından faydalanacaq",- deyə Tramp qeyd edib.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?