ABŞ prezidentinin xüsusi nümayəndəsi: "İlham Əliyevin davranışı məsuliyyətli rəhbərliyin nümunəsidir"
ABŞ prezidentinin xüsusi nümayəndəsi: "İlham Əliyevin davranışı məsuliyyətli rəhbərliyin nümunəsidir"
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla 30 ildən çox davam edən münaqişənin nizamlanması zamanı mövqeyini və hərəkətlərini yüksək qiymətləndirib.
Uitkoff bu barədə "Fox News" telekanalında aparıcı Bret Bayerə müsahibəsində deyib.
Amerikalı siyasətçi qeyd edib ki, Donald Tramp Oval Kabinetdəki görüşdə İlham Əliyevdən hərbi üstünlüyünə baxmayaraq, niyə hücumu dayandırdığını soruşub. Azərbaycan lideri isə bu suala cavabında məqsədinin yalnız işğal altında olan ərazilərin azad edilməsi olduğunu və daha çoxuna can atmadığını bildirib.
Uitkoff vurğulayıb ki, belə bir qərar kamillik və əsl dövlət təfəkkürünün nümunəsidir. Onun sözlərinə görə, İlham Əliyev ədalətli hədəfə çatdıqdan sonra dayanmağa üstünlük verib.
Trampın xüsusi nümayəndəsi əlavə edib ki, Azərbaycan Prezidentinin davranışı məsuliyyətli rəhbərliyin nümunəsidir və uzunmüddətli münaqişələrə cəlb olunmuş digər dünya liderləri üçün örnək ola bilər.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"