ABŞ Putin və Zelenski arasında yaxın vaxtlarda görüşün mümkünlüyünü istisna etmir
ABŞ Putin və Zelenski arasında yaxın vaxtlarda görüşün mümkünlüyünü istisna etmir
Vaşinqton administrasiyası Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında yaxın vaxtlarda görüşün keçirilə biləcəyini istisna etmir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndəsinə istinadən "Axios" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər Putin və Zelenski arasında görüşə kifayət qədər yaxınlaşıb, lakin bundan əvvəl əlavə üçtərəfli danışıqların təşkili zəruridir.
“Mövcud kursla irəliləməyə davam etsək, buna çatacağımızı düşünürük”, – deyə mənbə bildirib.
"Axios" qeyd edir ki, ABŞ administrasiyasında Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirdiyi üçtərəfli danışıqlar uğurlu qiymətləndirilib.
“Hazırkı mərhələdən razıyıq”, – Tramp administrasiyasının nümayəndəsi vurğulayıb.







Oxşar -Yeniinfo.az
Tramp: Ərdoğan çox yaxşı dostumdur
Hava hücumlarına görə hava məkanını bağladı
Rusiya hərbçiləri Zəngəzur dəhlizinin keçəcəyi kəndi nəzarətə aldı - TƏCİLİ
Müharibəyə qoşulmaq istəyən rusların sayı azalıb
ABŞ qırıcısı Səudiyyənin hava məkanına daxil oldu
Rus ordusu Pavloqradı vurdu: 12 yaralı...
Vuçiç elan etdi: Tezliklə istefa verəcək, yeni vəzifəsi...
ABŞ İrandakı bu hədəflərə zərbələr endirdi