ABŞ Senatına Venesuelaya güc tətbiq olunmaması tələbi ilə qətnamə təqdim edilib
ABŞ Senatına Venesuelaya güc tətbiq olunmaması tələbi ilə qətnamə təqdim edilib
Bir qrup amerikalı senator prezident Donald Trampın administrasiyasından Konqresin təsdiqi olmadan Venesuelaya qarşı hərbi güc tətbiq olumamasını tələb edən qətnamə təqdim edib.
Bu barədə Virciniya ştatından demokrat senator Tim Keynin (ABŞ qanunverici orqanının yuxarı palatasının üzvü) saytında dərc olunmuş bəyanatda qeyd olunur.
Sənəd Keyn, Kentakidən respublikaçı senator Rənd Pol, Kaliforniyadan demokrat Adam Şiff və Senatda demokrat azlığın lideri Çak Şumer (Nyu-York ştatından) tərəfindən hazırlanıb. Qətnamə ABŞ Silahlı Qüvvələrinin "Venesuela ərazisində və ya ona qarşı hərbi əməliyyatlarda Konqresin təsdiqi olmadan iştirakına yol verilməməsi" məqsədini daşıyır.
Qanunvericilər diqqəti Trampın 2 dekabrda Latın Amerikasında narkokartelə qarşı mübarizə çərçivəsində ABŞ qüvvələrinin "çox tezliklə" quru hədəflərinə zərbələr endirməyə hazır olduğunu bəyan etməsinə yönəldiblər.
"Amerikalılar Venesuela ilə sonsuz müharibəyə ictimai müzakirə və ya səsvermə olmadan cəlb olunmaq istəmirlər", – ABŞ-nin digər dövlətlərin işlərinə müdaxiləsinə ardıcıl şəkildə qarşı çıxan Pol vurğulayıb.
Qətnamədə qeyd olunub ki, ABŞ-də yalnız qanunverici orqan müharibə elan etmək səlahiyyətinə malikdir.
"Konqres nə Venesuelaya, nə də Venesuelada hər hansı şəxsə və ya təşkilata müharibə elan etməyib, həmçinin Venesuela ərazisində və ya ona qarşı hərbi güc tətbiqinə icazə verməyib", – sənəddə vurğulanıb. Mətnə görə, Vaşinqton belə güc tətbiqini dayandırmalıdır.







Oxşar -Yeniinfo.az
NATO ölkəsində Zelenskiyə görə xəbərdarlıq edildi
Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI
Bu ölkələr Trampın Hörmüzlə bağlı çağırışına YOX DEDİ
Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
Onlar bizə kömək etməyəcəklər - Tramp
Çin və Rusiya ABŞ-ı geridə qoydu: Vaşinqton narahatdır
İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları..