ABŞ təyyarəsi Türkiyə silahı ilə vurulmayıb - Nazirlik
ABŞ təyyarəsi Türkiyə silahı ilə vurulmayıb - Nazirlik
Türkiyənin İrana müasir zenit silahlar və PUA raketləri verdiyi, həmçinin vurulduğu bildirilən ABŞ-a məxsus F-15 döyüş təyyarəsinə edilən hücumda Türkiyə istehsalı olan zenit sistemindən istifadə edildiyinə dair yayılan xəbərlər tamamilə əsassızdır.
Bu barədə Türkiyənin Rabitə Nazirliyi bəyanat yayıb.
“Mənbəyi təxmin edilə bilən bu cür yalan iddialar Türkiyənin regional böhranlarda oynadığı konstruktiv rolu, eləcə də sülh və diplomatiya yönümlü səylərini zədələməyə yönəlmiş psixoloji müharibə və qara təbliğat cəhdləridir.
Türkiyə bölgədə baş verən bütün proseslərdə sülh və sabitliyin qorunmasını əsas götürən mövqe sərgiləyir. Ölkənin qlobal səviyyədə yüksək qiymətləndirilən diplomatik uğurlarını hədəf alan bu addımlar beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır", - deyə bəyanatda qeyd olunub.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi