ABŞ Ukranaya Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadəyə icazə vermir
ABŞ Ukranaya Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadəyə icazə vermir
Ağ Ev Moskvanı sülh danışıqlarına başlamağa inandırmaq üçün bir neçə aydır Ukraynaya ABŞ uzaqmənzilli raketlərindən Rusiyadakı hədəflərə zərbə endirməyə icazə vermir.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Raketlərdən istifadə üçün yekun qərara müdafiə naziri Pit Heqset imza atmalıdır. ABŞ Müdafiə Nazirliyi bu il yazın sonlarından Kiyevə belə icazə verməyib. Bu müddətdə ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri yaxşılaşdırmağa başlayıb.
Qeyd edilib ki, Donald Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmağı zəruri sayır və hazırda bu məsələdə mövqeyi dəyişməyib.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...