ABŞ Ukrayna müharibəsinin dinamikasını belə dəyişə bilər
ABŞ Ukrayna müharibəsinin dinamikasını belə dəyişə bilər
ABŞ Ukraynaya “Tomahavk” raketləri verməklə və NATO-ya üzvlük məsələsində Ukraynanın tərəfində durmaqla müharibənin dinamikasını dəyişə bilər.
Bu barədə ABŞ Müdafiə Nazirliyində Çin məsələləri üzrə direktor olmuş Cozef Bosko bildirib.
O xatırladıb ki, son həftələr ərzində ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı siyasətini bir neçə dəfə dəyişib:
“Nəhayət, Putinlə növbəti düşünülməmiş yüksək səviyyəli görüşü ləğv edib və Rusiyanın iki ən iri neft hasil edən şirkətinə qarşı uzun müddətdir təxirə salınmış sanksiyaları tətbiq edib”.
Bosko Trampın siyasətindəki xaotik dəyişiklikləri keçmiş prezident Baydenin Putinin təcavüzünə münasibətdə tərəddüdləri ilə müqayisə edib:
“Bayden Ukraynanın müdafiəsini gücləndirməkdə çox ləng hərəkət edib və eyni zamanda Ukraynanın Rusiyanın dərinliklərindəki hədəflərə zərbə endirmək imkanlarını məhdudlaşdıraraq müharibəni “Avropada sülh və beynəlxalq nizamın qorunması uğrunda mövcudluq mübarizəsi” kimi xarakterizə edib”







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf