ABŞ və İran arasındakı sazişin təfərrüatı açıqlandı
ABŞ və İran arasındakı sazişin təfərrüatı açıqlandı
ABŞ və İran arasındakı saziş atəşkəsin 60 gün uzadılmasını nəzərdə tutur.
Oxu.Az-ın Yeni info.az məlumatına görə, bu barədə "Axios" portalı amerikalı məmura və mənbələrə istinadən yazır.
Bu müddət ərzində Hörmüz boğazı yenidən açılacaq, Tehran isə sərbəst şəkildə neft sata biləcək. Bundan əlavə, İranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı danışıqlar keçiriləcək.
Portalın məlumatına görə, Vaşinqton və Tehran 60 gün müddətinə qarşılıqlı anlaşma memorandumu imzalayacaq və bu müddət qarşılıqlı razılıq əsasında uzadıla bilər.
Memorandumun şərtlərinə əsasən, 60 gün ərzində Hörmüz boğazı keçid haqqı alınmadan açıq olacaq və İran gəmilərin maneəsiz keçidini təmin etmək üçün boğazda qoyulmuş minaları təmizləməyə razı olacaq. Bunun müqabilində ABŞ İran limanlarının blokadasını aradan qaldıracaq və İrana nefti sərbəst satmağa imkan vermək üçün sanksiyalardan bəzi istisnalar təqdim edəcək.
Qarşılıqlı anlaşma memorandumunun layihəsi, həmçinin İranın heç vaxt nüvə silahı hazırlamayacağı öhdəliyini, uranın zənginləşdirilməsi proqramının dayandırılması və yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina edilməsi barədə danışıqları əhatə edir. 60 günlük müddət ərzində ABŞ qoşunları regionda qalacaq və yalnız yekun saziş əldə olunduğu təqdirdə çıxarılacaq.
Sənəddə İsrail və Livanda "Hizbullah" arasında müharibənin dayandırılmalı olduğu da göstərilib.
Ağ Ev son fikir ayrılıqlarının yaxın saatlarda aradan qaldırılacağını və saziş haqqında mayın 24-də elan ediləcəyini gözləyir. Qeyd olunan təfərrüat İran tərəfindən hələ təsdiqlənməyib, baxmayaraq ki, Tehran sazişin başa çatmağa yaxın olduğuna ehyam vurub.







Oxşar -Yeniinfo.az
İranla razılaşdıq, Hörmüz boğazı açıq qalacaq - Tramp
ABŞ və İran razılaşmanın detallarını nə vaxt elan edəcək?
ABŞ xəbərdarlıq etdi: Rusiyadan kütləvi hücum gözlənilir
Putin artıq bunu gizlədə bilmir: Moskvalılar şokdadır...
Ukrayna Rusiyaya güzəştə getməyə hazırdır - Çernev
Rusiya bu şəhəri “Oreşnik”lə vurdu
Kiyevə dəhşətli hücum: ölü və yaralılar var
Pakistanda qatar partladıldı: 24 ölü, 50 yaralı