ABŞ və İsrail İrana kompensasiya ödəməlidir - Arakçı
ABŞ və İsrail İrana kompensasiya ödəməlidir - Arakçı
İranın Natanz və Buşehrdəki dinc nüvə obyektlərinə hücumlar BMT Nizamnaməsini, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Nizamnaməsini və beynəlxalq hüququ pozur.
Bu barədə İran xarici işlər naziri Abbas Arakçı BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda yazıb.
O bildirib ki, nüvə obyektlərinə zərbələr radioaktiv materialların genişmiqyaslı yayılmasına, insanlar və ətraf mühit üçün son dərəcə təhlükəli nəticələrə səbəb ola bilər.
Arakçı ABŞ və İsrailin İranın nüvə obyektlərini bombalamasını təcavüz aktı adlandırıb və hücumlara dərhal son qoyulmasını və dəyən ziyana görə İsrail və ABŞ tərəfindən tam kompensasiya ödənilməsini tələb edib.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi