ABŞ vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb
ABŞ vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb
ABŞ İran ərazisində olan vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.
ABŞ-ın İrandakı səfirliyinin mətbuat xidməti vətəndaşlara mümkün olduqda quru yolu ilə Ermənistan və ya Türkiyə istiqamətində çıxışı nəzərdən keçirməyi tövsiyə edib.
“Səfəriniz üçün ABŞ hökumətinin köməyindən asılı olmayan çıxış planı hazırlayın”, – deyə səfirliyin açıqlamasında bildirilir.
Bundan əlavə, diplomatik nümayəndəlik İran ərazisində internetin fəaliyyətində fasilələrin ola biləcəyi barədə xəbərdarlıq edib. Qeyd olunub ki, ABŞ vətəndaşları İranda saxlanılma baxımından yüksək risk altındadır və ABŞ pasportunun nümayişi və ya ABŞ-la əlaqələrin olması belə həbs üçün əsas ola bilər.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq