ABŞ Yaponiyaya Fələstinlə bağlı tələb irəli sürdü
ABŞ Yaponiyaya Fələstinlə bağlı tələb irəli sürdü
ABŞ Yaponiyanı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini tanımağı rədd etməyə çağırıb.
Bu barədə Kyodo agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb. İddialara görə, ABŞ diplomatik kanallar vasitəsilə Tokio hökumətinə zəng edib. Xəbərdə deyilir ki, ABŞ Fələstin dövlətinin tanınmasına qarşıdır və Yaponiyadan BMT Baş Assambleyasında Fələstini tanımamağı tələb edib. ABŞ tərəfi hesab edir ki, Fələstin dövlətinin tanınması vəziyyəti daha da gərginləşdirəcək ABŞ hökumət rəsmisi bildirib ki, Yaponiyanın Fələstin dövlətini tanıması Vaşinqton və Tokio arasında münasibətləri poza bilər.
Qeyd edək ki, Yaponiyada parlament üzvləri hökumətdən Fələstin dövlətini tanımasını tələb etmişdi. Fransa, Böyük Britaniya, Kanada və Avstraliya da daxil olmaqla bir neçə ölkə Fələstin dövlətini tanıyacaqlarını açıqlayıb.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...