ABŞ yaxşı silahlar istehsal edir, lakin ordusunun hazırlıq səviyyəsi yəqin ki, Ukrayna Silahlı Qüvvələrindən aşağıdır
ABŞ yaxşı silahlar istehsal edir, lakin ordusunun hazırlıq səviyyəsi yəqin ki, Ukrayna Silahlı Qüvvələrindən aşağıdır
ABŞ yaxşı silahlar istehsal edir, lakin ordusunun hazırlıq səviyyəsi yəqin ki, Ukrayna Silahlı Qüvvələrindən aşağıdır.
Bu fikri ukraynalı hərbi analitik Aleksey Getman Vaşinqtonun Ukraynanın təhlükəsizliyinin təmin edilməsində mümkün rolundan danışarkən deyib.
“ABŞ ölkəmizi Rusiya zərbələrindən qorumaq üçün öz təyyarələri ilə Ukrayna səmasını bağlaya bilərmi?” sualına cavab olaraq ekspert Amerika ordusunun imkanlarını yüksək qiymətləndirmədiyini söyləyib.
"Bu, çox yaxşı olardı. Əslində biz ABŞ-ın quru qoşunlarının imkanlarını həddən artıq yüksək qiymətləndiririk, çünki biz əsasən Hollivud filmlərinə güvənirik. Amma faktlara nəzər salsaq, İkinci Dünya müharibəsindən sonra ABŞ Silahlı Qüvvələrinin heç bir uğurunu xatırlaya bilmərik. Onlar Koreya müharibəsini uduzdular, Vyetnam müharibəsini uduzdular, Əfqanıstandakı müharibəni uduzdular. “Səhrada tufan” əməliyyatı oldu, amma orada da koalisiya idi, ABŞ deyil...”, - Getman bildirib.
Analitik vurğulayıb ki, o, Amerika ordusunun Ukrayna Silahlı Qüvvələrindən üstün olmadığına əmindir.
O hesab edir ki, ABŞ ordusu hətta təlim baxımından ukraynalı döyüşçülərdən də geridə qala bilər.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf