Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstəyi gücləndirir
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstəyi gücləndirir
Abşeron Ticarət Mərkəzi kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət-özəl tərəfdaşlığını gücləndirir. Ticarət Mərkəzi yeni imkanlarla bağlı sahibkarların rəyini öyrənməklə yanaşı, dövlətin müvafiq strukturları ilə əməkdaşlıqlar yaradır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti ilə görüşdə bizneslərini Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların əldə etdikləri üstünlüklər barədə məlumat verilib və bu sahibkarların mövcud dövlət proqramlarından istifadə imkanları müzakirə edilib.
Bildirilib ki, 300 hektara yaxın ərazidə yerləşən və 1500-dən çox mağazanı bir araya gətirən kompleks sahibkarlara müasir ticarət və logistika şəraiti təqdim edir.
Dövlət qurumu nümayəndələri genişləndirilmiş tikinti bazarı ərazisi ilə yaxından tanış olublar. KOBİA nümayəndələrinə Dərnəgül Tikinti Bazarı ərazisindən buraya köçəcək sahibkarlar üçün yaradılmış əmək mühiti və biznes şəraiti barədə ətraflı məlumat verilib. Öz bizneslərini Abşeron Ticarət Mərkəzinə artıq köçürmüş sahibkarlar burada onlara bizneslərinin inkişafı və dayanıqlılığı üçün daha yaxşı imkanlar təqdim edildiyini bildiriblər.
Mərkəzdə fəaliyyət göstərən bütün obyektlər yanğından mühafizə sistemi, 24/7 canlı mühafizə xidməti, obyektlərin sığortalanması, geniş və pulsuz parkinq zonası, həmçinin yükləmə-boşaltma və nəqliyyat-logistika imkanları ilə təmin olunub. Bu şərait sayəsində sahibkarlar bizneslərini təhlükəsiz və dayanıqlı şəkildə inkişaf etdirmək imkanı qazanırlar.
KOBİA nümayəndələri mərkəzdə fəaliyyət göstərən müxtəlif mağazalara baş çəkərək sahibkarlarla görüşüb, onların təcrübə və ehtiyacları barədə fikir mübadiləsi aparıblar.
Abşeron Ticarət Mərkəzi ilə KOBİA arasında əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi və kiçik və orta sahibkarların dəstəklənməsi istiqamətində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.







Oxşar -Yeniinfo.az
Bu ailələrə pulsuz üç otaqlı ev veriləcək
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir!
Paytaxtda yaşayış binasında güclü yanğın olub
Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpinə təhvil verilib
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma