ADB Azərbaycanın daxil olduğu regionda maliyyə idarəetməsi ilə bağlı yeni proqram təsdiqləyib
ADB Azərbaycanın daxil olduğu regionda maliyyə idarəetməsi ilə bağlı yeni proqram təsdiqləyib
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın da daxil olduğu Asiya-Sakit okean regionunda dövlət maliyyə idarəetməsi və dövlət satınalmaları sistemlərinin gücləndirilməsinə yönəlmiş yeni texniki yardım proqramını təsdiqləyib.
Yeni info.az-a "APA-Economics" xəbər verir ki, "Asiya və Sakit okean regionunda fidusiar qiymətləndirmələrin aparılması və dövlət maliyyə idarəetməsi sistemlərinin gücləndirilməsi" adlı regional layihənin ümumi dəyəri 500 min ABŞ dolları təşkil edir.
Məlumata görə, ADB-nin Texniki Yardım Xüsusi Fondu hesabına maliyyələşdirilən proqram 2026-2028-ci illərdə Azərbaycan da daxil olmaqla 40-dan çox ölkəni əhatə edəcək.
Layihə çərçivəsində iştirakçı ölkələrdə dövlət maliyyə idarəetməsi və dövlət satınalmaları sistemlərinin qiymətləndirilməsi, aşkar olunan problemlərin aradan qaldırılması üçün fəaliyyət planlarının hazırlanması, dövlət qurumlarının institusional potensialının gücləndirilməsi, habelə tətbiqi təlimlərin və bilik mübadiləsinin təşkili nəzərdə tutulur.
Bundan əlavə, proqram dövlət satınalmalarının qiymətləndirilməsi üzrə beynəlxalq MAPS metodologiyasının tətbiqinin təkmilləşdirilməsini və ADB-nin bu sahədə beynəlxalq əməkdaşlığının genişləndirilməsini də əhatə edir.
ADB qeyd edib ki, təşəbbüs dövlət büdcəsinin icrası, daxili maliyyə nəzarəti, maliyyə hesabatlılığı, audit və dövlət satınalmalarının daha səmərəli təşkilinə, eləcə də rəqəmsal həllər vasitəsilə şəffaflıq və hesabatlılığın artırılmasına dəstək verməyi hədəfləyir.







Oxşar -Yeniinfo.az
Avro ilə bağlı YENİ QƏRAR
Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular
Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib
Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib
Azərbaycan Rusiya ilə Samur çayının su ehtiyatlarının bölüşdürülməsini müzakirə edib
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər