ADY və Rusiya Dəmir Yolları arasında saziş imzalanıb
ADY və Rusiya Dəmir Yolları arasında saziş imzalanıb
“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov arasında görüş keçirilib.
Görüş zamanı iki ölkənin dəmir yolu administrasiyaları arasında əməkdaşlığın inkişafı və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, marşrutların səmərəliliyinin yüksəldilməsi və daşıma proseslərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Tərəflər yükdaşımaların rəqəmsallaşdırılması, o cümlədən rəqəmsal həllərin tətbiqi, məlumat mübadiləsinin sürətləndirilməsi və logistika zəncirinin optimallaşdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Görüşün sonunda "Azərbaycan Dəmir Yolları" QSC və "Rusiya Dəmir Yolları" ASC arasında məlumatların ikitərəfli elektron mübadiləsi haqqında saziş imzalanıb. Saziş yük daşımalarının effektivliyinin artırılmasına və rəqəmsal sənəd dövriyyəsinin həyata keçirilməsinə tam imkan verəcək.







Oxşar -Yeniinfo.az
ABŞ Ticarət Palatası: "Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün son dərəcə cəlbedicidir"
Vestasın Qlobal Liderliyi və Azərbaycanın Külək Enerjisində Strateji Tərəfdaşlıq İmkanları
“Moody’s” Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu açıqlayıb
Çindən Orta Dəhliz vasitəsilə ilin ilk qatarı Azərbaycana doğru yola düşüb
Azərbaycandan fındıq alan ölkələr məlum oldu: Rusiya və Almaniya liderdirlər
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR
Mikayıl Cabbarov Zeev Elkin ilə görüşüb
Ağ Evdə Azərbaycanla enerji interkonnektorları və data mərkəzlərinin yaradılması müzakirə edilib