AEBA: Sülh əldə olunduğu halda Zaporojye AES üçün xüsusi status tələb olunacaq
AEBA: Sülh əldə olunduğu halda Zaporojye AES üçün xüsusi status tələb olunacaq
Ukraynada sülh sazişi bağlanacağı təqdirdə Zaporojye Atom Elektrik Stansiyasının xüsusi statusa və Rusiya ilə Ukrayna arasında əməkdaşlıq razılaşmasına ehtiyacı olacaq.
Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Rafael Qrossi bildirib.
Qrossi bildirib ki, stansiyanın kimlərin nəzarətində olmasından asılı olmayaraq əməkdaşlıq mexanizmləri qaçılmaz olacaq.
“Əməkdaşlıq formatı və ya əməkdaşlıq mühiti mütləq olmalıdır”, — deyə o vurğulayıb.
Xatırladaq ki, Avropanın ən böyük atom elektrik stansiyası sayılan, altı reaktoru olan Zaporojye AES Rusiya tərəfindən 2022-ci ilin ilk həftələrində ələ keçirilib. Stansiya hazırda elektrik enerjisi istehsal etmir, lakin tərəflər vaxtaşırı bir-birini nüvə təhlükəsizliyini təhdid edən hərbi fəaliyyətlərdə ittiham edirlər.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?