AFFA İntizam Komitəsi "Qarabağ" və "Sabah" klublarını cərimələyib
AFFA İntizam Komitəsi "Qarabağ" və "Sabah" klublarını cərimələyib
AFFA İntizam Komitəsi "Qarabağ" və "Sabah" klubunu cərimələyib.
Bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
İntizam Komitəsinin bugünkü iclasında tərəflər arasında keçirilmiş Azərbaycan Kubokunun final oyununda yaşananlara hüquqi qiymət verilib.
"Qarabağ" klubuna dörd nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimə kəsilib. Ağdam təmsilçisinin məşqçisi Müşfiq Hüseynov 120-ci dəqiqədə meydana daxil olaraq hakimin qərarına etiraz edib. Birbaşa qırmızı vərəqə alan mütəxəssis iki oyunluq cəza alıb. Kluba 1500 manat cərimə tətbiq olunub.
Komandanın futbolçusu Yassin Benzia referini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə görüb. O, ardınca ədalət təmsilçilərinə fiziki təzyiq göstərməyə cəhd edib və bu səbəbdən 5 matçlıq cəza ilə üzləşib. "Qarabağ" oyunçunun davranışına görə 3000 manat ödəməli olacaq. "Köhlən atlar" azarkeşlərin pirotexniki vasitədən istifadəsi ucbatından 1500 manat ziyana düşüb.
"Sabah"a isə beş futbolçu sarı vərəqə aldığından 700 manat, fanatların pirotexniki vasitədən istifadəsinə görə 1500 manat cərimə kəsilib.
Qeyd edək ki, rəqibini əlavə vaxtda 3:2 hesabı ilə üstələyən "Sabah" Azərbaycan Kubokunun sahibi olub.
Oxşar -Yeniinfo.az
“Neftçi” "Araz-Naxçıvan"ın futbolçusunu transfer edib
Azərbaycan millisi EEVZA çempionatında pley-offa yüksəlib
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb, Hidayət Heydərov "10-luq"dan kənarda qalıb
KİV: Ronaldu "Əl-Nəsr"də 200 milyon avro qazanacaq
Qurban Qurbanov: "Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Azərbaycanın basketbol millisi Qazaxıstanda çempion olub
Azərbaycan Üzgüçülük Federasiyasının yeni loqosu, vebsaytı və sosial şəbəkə səhifələri təqdim olunub
AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq