Telefon
WhatsApp
Afrika ölkəsi Almaniyanı 40 min fillə hədələdi
300 X 250 Reklam Alanı

Botsvana hakimiyyəti fillərin qorunması siyasəti ilə bağlı Almaniya ilə münaqişəni kəskin şəkildə artırıb.

Afrika ölkəsinin ətraf mühit naziri Vinter Boipuso Molotsi ölkəsinin 40 min fili Almaniyaya "deportasiya etməyə" hazır olduğunu açıqlayıb.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

O, ölkədəki çoxsaylı fillərin tarlaları məhv etdiyini və insan ölümünə səbəb olduğunu bildirib. Fil sümüyü ticarətinin qadağan edilməsinin isə dövləti fermerlərə kompensasiya ödəmək üçün vəsaitdən məhrum etdiyini söyləyib.

"Bizim inkişaf yardımına ehtiyacımız yoxdur. Heyvanlardan da daxil olmaqla, öz pulumuzu qazanmaq istəyirik. Dilənçilik etmək xoş deyil. Görünür, bəzi insanlar bizi bu vəziyyətdə görməkdən zövq alırlar", - deyə nazir bildirib.

Nazirin sərt bəyanatları Almaniyanın fil sümüyü ilə sertifikatlaşdırılmış ticarətin açılmasına qarşı çıxması olub.

Molotsinin sözlərinə görə, hazırda ölkədə təxminən 150 min fil var və anbarlarda əsasən təbii səbəblərdən ölən heyvanlardan əldə edilən 160 ton fil sümüyü saxlanılır.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150