Ağ Ev: "ABŞ İranın dron hücumuna baxmayaraq, Tehranla danışıqları ləğv etməyib"
Ağ Ev: "ABŞ İranın dron hücumuna baxmayaraq, Tehranla danışıqları ləğv etməyib"
"İranın ABŞ-yə məxsus aviadaşıyıcıya dron hücumuna baxmayaraq, Vaşinqton rəsmi Tehranla danışıqları ləğv etməyəcək".
"Fox News"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
O, əlavə edib ki, İran tərəfi ilə danışıqlar bu həftə gündəmdə qalır.
"Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə iranlılarla danışıqlar aparmağa hazırlaşır", - K.Levitt bildirib.
Eyni zamanda, administrasiya sözçüsü aydınlaşdırıb ki, ABŞ liderinin İranla bağlı "masada bir sıra variantları" var, bunlardan bəzilərinə hərbi güc tətbiqi də daxildir.
Qeyd edək ki, fevralın 3-də "Reuters" agentliyi ABŞ ordusunun Ərəbistan dənizində "USS Abraham Lincoln" aviadaşıyıcısına təhlükəli dərəcədə yaxın olan İran dronunu məhv etdiyini bildirmişdi.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq