Ağ Ev Qəzza üzrə Sülh Şurasının tərkibini açıqlayıb
Ağ Ev Qəzza üzrə Sülh Şurasının tərkibini açıqlayıb
Ağ Ev Qəzza sektorunda formalaşdırılmış Sülh Şurasının tərkibini açıqlayıb.
Bu barədə Ağ Evin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə fəaliyyət göstərəcək Sülh Şurası konsepsiyasının həyata keçirilməsi məqsədilə diplomatiya, inkişaf, infrastruktur və iqtisadi strategiya sahələrində təcrübəyə malik liderlərdən ibarət icraedici şura formalaşdırılıb.
Sülh Şurasının tərkibinə ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner, Böyük Britaniyanın sabiq Baş naziri Toni Bler, amerikalı milyarder Mark Rouen, Dünya Bankının rəhbəri Acay Banqa, eləcə də ABŞ-ın milli təhlükəsizlik üzrə müşavirinin müavini Robert Qabriel daxil edilib.
ABŞ Mərkəzi Komandanlığının Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı general-mayor Casper Ceffers isə Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin rəhbəri təyin olunub.
Bəyanatda qeyd olunur ki, general-mayor Ceffers təhlükəsizliyin təmin edilməsi, sülhün qorunması və terrorizmdən azad dayanıqlı mühitin yaradılması məqsədilə təhlükəsizlik əməliyyatlarına rəhbərlik edəcək, hərtərəfli demilitarizasiyanı dəstəkləyəcək, həmçinin humanitar yüklərin və bərpa üçün nəzərdə tutulan materialların təhlükəsiz çatdırılmasını təmin edəcək.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq