Ağcabədidə ağır qəza: ölən var
Ağcabədidə ağır qəza: ölən var
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeni info.az Report-a istinadla xəbər verir ki, hadisə Muğanlı kəndində qeydə alınıb.
Belə ki, Qara Ramil oğlu Həsənovun idarə etdiyi "Hunday" markalı avtomobil, Amil Allahyar oğlu Bəylərovun idarə etdiyi KİA markalı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, A.Bəylərovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
Avro ilə bağlı YENİ QƏRAR
Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular
Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib
Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib
Azərbaycan Rusiya ilə Samur çayının su ehtiyatlarının bölüşdürülməsini müzakirə edib
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər