Ağsuda ağır qəza: 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb
Ağsuda ağır qəza: 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb
Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayının qoruyucu daş-beton bəndinə çırpılıb. Avtomobil daha sonra bir neçə dəfə yuvarlanaraq Ağsu çayının yatağına düşüb.
Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasım Səid Asif oğlu hadisə yerində ölüb.
Digər iki sərnişin; 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası aparılıb.
Faktla bağlı araşdırma aparılır. Qəzanın baş vermə səbəbi araşdırmalardan sonra məlum olacaq.
***
08:51
Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, qəza Dilman–Xatman avtomobil yolunun Dilman kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayı üzərindəki qoruyucu daş-beton bəndə çırpılıb.
Daha sonra nəqliyyat vasitəsi aralıda yerləşən çay yatağına düşüb. Hadisə zamanı avtomobildə olan 4 nəfərdən 2-si hadisə yerində ölüb.
Digər iki sərnişin ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
Bu şəxslər hərbi xidmətə çağırılmır - Yeni qaydalar
Eşşəyin dişlədiyi 70 yaşlı kişi öldü
Hansı hallarda daşınmaz əmlak son alıcıdan geri alına bilər?
Bakıda qadın sürücü qəza törətdi, ÖLƏN VAR
Bakıda evdən 50 yaşlı qadının meyiti tapıldı
Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq
Ceyhun Bayramov Yaponiyaya getdi