Aİ ilə Azərbaycan arasında danışıqlar aparılıb
Aİ ilə Azərbaycan arasında danışıqlar aparılıb
Avropa İttifaqının (Aİ) Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman Azərbaycanın dövlət və hökümət rəsmiləri ilə səmərəli danışıqlar aparıb.
Gert Yan Koopman bu barədə "X" sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, Aİ və Azərbaycan arasında sülh gündəliyi, regional bağlantılar və tərəfdaşlıq məsələləri müzakirə olunub. Koopman qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla Aİ-nin minalardan təmizləmə, sosial-iqtisadi inkişaf sahəsində dəstəyi, eləcə də Orta dəhliz üzrə əlaqələndirmənin növbəti mərhələləri ətrafında fikir mübadiləsi aparılıb.
Aİ rəsmisi, həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, energetika naziri Pərviz Şahbazov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə iqtisadi əlaqələr, nəqliyyat və enerji mövzuları ətrafında fikir mübadiləsi aparıb.
"Regional əlaqə üçün açar olan Naxçıvan dəmir yolu üçün texniki-iqtisadi əsaslandırmanı başlatdıq", - Gert Yan Koopman paylaşımında qeyd edib.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı