Aİ Ukrayna üçün cəlb etdiyi 90 milyard avroluq kreditə görə ildə 3 milyard avro faiz ödəyəcək
Aİ Ukrayna üçün cəlb etdiyi 90 milyard avroluq kreditə görə ildə 3 milyard avro faiz ödəyəcək
Avropa İttifaqı Ukraynanın 2026-2027-ci illərdə maliyyələşdirilməsi məqsədilə cəlb etdiyi 90 milyard avroluq kreditə görə hər il büdcəsindən 3 milyard avro faiz ödəyəcək.
APA Yeni info.az xəbər verir ki, bunu Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis Qdanskda keçirilən Ukraynaya investisiya konfransında bildirib.
Onun sözlərinə görə, bu məbləğ Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməməsinin "qiymətidir".
Dombrovskis əlavə edib ki, Avropa Komissiyası gələcəkdə Rusiyanın aktivlərinin müsadirəsi ideyasından imtina etməyib və Ukrayna Rusiyadan reparasiya almasa, bu məsələyə yenidən qayıdılacaq







Oxşar -Yeniinfo.az
Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna Saratovdakı NEZ-i də vurdu
Ukraynada sülhə nail olmaq üçün... - Ərdoğan
Zelenski ilk dəfə Yermolayevə sui-qəsd cəhdindən danışdı
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin üstünlüyünün olmadığını başa düşür - Zelenski